Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır. 

1988-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. 

Yaxınlarının verdiyi məlumata görə, 35 yaşlı hərbçi subay olub. Onun 1 qardaşı, 2 bacısı var. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 






Fikirlər