Əsas Səhifə > Maqazin > 25.09.2014 - Yaddaşı artırmağın effektiv yolları
25.09.2014 - Yaddaşı artırmağın effektiv yolları25-09-2014, 09:09 |
![]() Amma bunun qarşısını almaq üçün asan vasitələr var. Movqe.az güclü yaddaşa sahib olmaq üçün sadə və effektiv yolları təqdim edir. İspanaq - B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoyurur. Balıq - Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır. Əksikliyi depresiya,qavrama problemi, diqqət əksikliyi yaradır. Qara şokolad - beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır. Böyürtkən,çiyələk - beyini sərbəst radikallardan qoruyur. Qırmızı üzüm, kivi, portağal və alma - beynin funksiyalarını gücləndirir. Süt məhsulları - mükəmməl protein qaynağıdır. Bədəndə sabit enerji mənbəyidir. Gün ərzində yaddaşın yaxşı işləməsini təmin edir. Yumurta - yaddaş üçün çox vacib olan A , D , B12 , B qrupu vitaminlərlə boldur. Tərkibində beyindən siqnal alıb göndərmək üçün gərəkli olan tirozin var. Bədənin oyaq qalmasına kömək edir. Taxılar - qara düyü,qara çörək, yulafın tərkibində B6, B12 və folk turşusu var. Yaddaşı qorumaq, diqqəti artırmaq, beynə qan dövranını təmin etmək üçün gərəklidir. Qabaq və günəbaxan tumu - yuxusuzluq, depressiya kimi problemlərdə rahatlaşmağa kömək edir. Qırmızı kələm - beyində hüceyrələrə zərərin təsirini azaldır. Yaddaşı canlandırmaq üçün gərəkli maddələrlə boldur. Tərkibindəki fisetin alzeymr xəstəliyinin müalicəsində faydalıdır. Brokoli - K vitamini qaynağıdır. Beyin gücünü artırmağa kömək edir. Fıstıq əzməsi - diqqətin cəmlənməsi üçün vacib olan B6 vitamini ilə zəngindir. Su - susuzluq beynin kortizol adlı hormonu yaratmasına səbəb olur. Bu hormon beynin məlumat toplama qisminin kiçilməsi və yaddaşın azalmasına səbəb olur. Geri qayıt |