25.09.2014 - Yaddaşı artırmağın effektiv yolları
Amma bunun qarşısını almaq üçün asan vasitələr var.
Movqe.az güclü yaddaşa sahib olmaq üçün sadə və effektiv yolları təqdim edir.
İspanaq - B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoyurur.
Balıq - Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır. Əksikliyi depresiya,qavrama problemi, diqqət əksikliyi yaradır.
Qara şokolad - beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır.
Böyürtkən,çiyələk - beyini sərbəst radikallardan qoruyur.
Qırmızı üzüm, kivi, portağal və alma - beynin funksiyalarını gücləndirir.
Süt məhsulları - mükəmməl protein qaynağıdır. Bədəndə sabit enerji mənbəyidir. Gün ərzində yaddaşın yaxşı işləməsini təmin edir.
Yumurta - yaddaş üçün çox vacib olan A , D , B12 , B qrupu vitaminlərlə boldur. Tərkibində beyindən siqnal alıb göndərmək üçün gərəkli olan tirozin var. Bədənin oyaq qalmasına kömək edir.
Taxılar - qara düyü,qara çörək, yulafın tərkibində B6, B12 və folk turşusu var. Yaddaşı qorumaq, diqqəti artırmaq, beynə qan dövranını təmin etmək üçün gərəklidir.
Qabaq və günəbaxan tumu - yuxusuzluq, depressiya kimi problemlərdə rahatlaşmağa kömək edir.
Qırmızı kələm - beyində hüceyrələrə zərərin təsirini azaldır. Yaddaşı canlandırmaq üçün gərəkli maddələrlə boldur. Tərkibindəki fisetin alzeymr xəstəliyinin müalicəsində faydalıdır.
Brokoli - K vitamini qaynağıdır. Beyin gücünü artırmağa kömək edir.
Fıstıq əzməsi - diqqətin cəmlənməsi üçün vacib olan B6 vitamini ilə zəngindir.
Su - susuzluq beynin kortizol adlı hormonu yaratmasına səbəb olur. Bu hormon beynin məlumat toplama qisminin kiçilməsi və yaddaşın azalmasına səbəb olur.