30.03.2014. - SOS: Yay vaxtına keçidin fəsadları

30.03.2014. -  SOS: Yay vaxtına keçidin fəsadlarıSaat fərqinin orqanizmə təsiri.
Bu gündən,yəni martın 30-dan saatlarımız bir saat irəli çəkilərək, yay vaxtına keçilmişdir.

Bəs, yay bu saat fərqi insanlara necə təsir edir?

AzerTaym.az bu barədə maraqlı araşdırmanı təqdim edir.

İnsan sutkanın orta hesabla, 8 saatını yuxuda, 16 saatını isə oyanıq keçirir. Yuxu zamanı əzələlərin hərəkəti dayanır, maddələr mübadiləsi, tənəffüs, ürək ritmi və qan təzyiqi enir, həzm sisteminin fəaliyyəti isə sürətlənir. Yuxudaykən bədənimizin temperaturu 1 dərəcə soyuyur. Oyandıqda isə fiziki və zehni funksiyalar çox sürətlə çalışır. Oyanma anından 1-2 saat əvvəl adrenalin səviyyəsi artaraq, bədəni normal iş prosesinə hazırlayır.

Beynimizin ortasında mərcimək boyda olan epifiz bədəndə saat funksiyasını yerinə yetirir. Bu hissədən melatonin adlı maddə ifraz olunur. Bu maddə hava qaraldıqdan sonra qana axmağa başlayır, işıqlandıqda isə axıntı dayanır. Bu maddə sayəsində beynimizlə yanaşı bədənimizin bütün orqanları gecəylə gündüzü ayırd edə bilir.

Epifizin bədən saatını 1 saat geri çəkməsi üçün 1 gün, 1 saat irəli çəkməsi üçün isə 1 gün yarım vaxt lazımdır. Buna görə bədən saatımızın yay vaxtına uyğunlaşması üçün təxminən 1 həftə vaxt lazımdır.

30.03.2014. -  SOS: Yay vaxtına keçidin fəsadları

Saatların irəli çəkilməsi ilk günlərdə yuxusuzluq, diqqətsizik, beynin tam oyanmaması kimi hallara səbəb olduğu üçün iş zamanı xoşagəlməz hallar müşahidə olunur.

Araşdırmalar yay vaxtına keçid zamanı iş və yol qəzalarının sayının daha çox olduğunu ortaya çıxarıb. Saatların irəli çəkilməsinin səbəb olduğu yuxusuzluq ən çox ürəyə ziyan vurur. Yuxusuzluq ürək ritmini pozur.

Aparılan araşdırmalar zamanı yay vaxtına keçidin ilk günlərində infarkt risklərinin daha yüksək olduğu ortaya çıxıb. Bunun da səbəbi yuxusuzluqdur.

Saatların irəli çəkilməsi yuxu vaxtının sadəcə 1 saatını boşluqda buraxır. Bunun qarşısını almaq üçün maye məhsulları qəbul etmək, səhərlər ilıq duş qəbul etmək, səhər yeməyi yemək vacibdir.






Fikirlər