11.03.2014. - Bakıda dəniz taksiləri işə başlayır

11.03.2014. -  Bakıda dəniz taksiləri işə başlayırYaxın vaxtlarda Bakı buxtasında aztutumlu dəniz taksiləri fəaliyyətə başlayacaq.

AzerTaym.az saytı bildirir ki, bu barədə
Dövlət Dəniz Administrasiyasının başçısı
Qüdrət Qurbanov
deputatlarla görüşü zamanı
məlumat verib.

Q.Qurbanovun sözlərinə görə, dəniz taksiləri Dövlət Bayraq Meydanından Əhmədli qəsəbəsinə qədər (və əksinə) olmaqla sərnişindaşıma ilə məşğul olacaqlar. Dəniz taksiləri daha sonra Bakı buxtası ilə hazırda istirahət mərkəzinə çevrilməkdə olan Nargin adası arasında sərnişindaşımanı təmin edəcək. Sürətli katerlər sayəsində bulvardan Nargin adasına 5-8 dəqiqə ərzində gedib çatmaq mümkün olacaq. Dəniz taksilərinin dayanacağı liman isə bulvardakı saat qülləsinin yaxınlığında olacaq.

Q.Qurbanovun sözlərinə görə, Bakıdakı dəniz taksiləri 5 istiqamətdə işləyəcək. O deyib ki, Bakı-Lənkəran marşrutu üzrə dəniz taksiləri işlətmək ideyası irəli sürülsə də bu layihə gəlirli olmadığı üçün gündəmdə deyil. Dəniz yolu ilə Lənkərana getmək 6 saat yarım çəkir. Bu isə nə vaxt, nə də maddi baxımdan sərfəli deyil
.






Fikirlər