“Bütün Bakı Dubayda idi” – Aydın Bəşirov DANIŞDI – EKSKLÜZİV

“Bütün Bakı Dubayda idi” – Aydın Bəşirov DANIŞDI – EKSKLÜZİVAzərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov oğlunun ov edərkən internetdə yayılan fotolarına münasibət bildirib.
Gəmiçiliyin sabiq rəisi A.Bəşirov eksklüziv açıqlamasında deyib: “Biz Dubayda olmuşuq. Məgər Dubayda ov edirlər? Bütün Bakı Dubayda idi, nə ov? Dubayda ov edirlər? Heç ovçu olduğumuzu bilmirdim. Oğlum və nəvələrim yanımda olublar, biz qaban ovlamamışıq. Hazırda da Türkiyədəyəm”.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, vəzifədən kənarlaşdırılan Aydın Bəşirovun oğlunun qəribə fotoları yayılıb.AzNews.az-ın əldə etdiyi fotolardan keçmiş məmurun oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur.
Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənib.






Fikirlər