Sürət Hüseynov saxlanıldı
Bu barədə “Axar.az”a etibarlı mənbədən məlumat daxil olub. Hüseynov ötən cümə günü Dubaydan 14.10 reysi ilə Bakıya uçmaq istərkən pasport yoxlaması zamanı BƏƏ polisi tərəfindən saxlanılıb və məntəqəyə aparılıb.
Adıçəkilən reys Hüseynova görə yarım saatdan çox ləngiyib. Amma Bakıya sabiq baş nazirsiz uçub. Sürət Hüseynov bir də iki saatdan sonra sərbəst buraxılıb. O, gecə reysi ilə Bakıya qayıda bilib. Mənbənin dediyinə görə, Hüseynovun saxlanılmasının səbəbi məlum deyil. Bəlli olan isə təkcə odur ki, Hüseynovun Dubayda biznes şəbəkəsi yarada bilib. O, İranın Bəndər Abbas limanı vasitəsi ilə maşın idxalıyla məşğuldur. Məsələ ilə əlaqədar Sürət Hüseynovun özü ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Onun ölkədə olmadığını bildirdilər.