Nə vaxt öləcəyik?
Elm adamları nə zaman öləcəyimiz müəyyən edən geni tapıblar. Юlümü təqribi müəyyən edən geni mütəxəssislər "Parkinson" və "Alzheimer" xəstəlikləri üzərində araşdırma apararkən müəyyən ediblər.
Amerikalı elm adamları 65 yaşdan yuxarı olan 1200 sağlam insanın yuxu vərdişləri üzərində araşdırma aparıblar. Ölüm geni də təsadüfən bu zaman aşkar edilib.
Bu məlumatlara əsaslanan Bostondakı "Иsrael Deaкoness" tibb mərkəzinin nevralogiya bölməsinin mütəxəssisləri ürək və iflic xəstələrinin nə zaman dərman qəbul etməsi gərəkdiyini tapa biləcəklərini deyiblər.
Bu əlamətlərə görə, insanları 3 tipə bölmək olar: AA,GG və qarışıq AG. AA genotipli insanlar GG tplilərdən 1 saat, AG isə yarım saat tez yuxudan oyanırlar. AA doğulmaq ehtimalı 36, GG 16, AG variasiyası isə 48 faizdir.
Bu günlərdə ölmə zamanını müəyyən edir. Belə ki, AA və AG genli insanlar səhər saat 11:00 radələrində, GG -də isə axşam saat 18:00-dan sonra ölmə riski yüksəkdir.