Marsda həyat ola bilər
"Curiosity" marsoxodu Marsda sadə orqanik moleykullar aşkar edib. Bu hələlik ehtimaldır. Dəqiq məlumat nümunələr San-Fransiskoda tədqiq olunduqdan sonra elan olunacaq. Bu barədə NASA-nın reaktiv hərəkət laborotoriyasının rəhbəri Çarls Elasi bildirib. Alim aparatın nə tapdığını deməyə, hələ ki, ehtiyat edir. "Ola bilər ki, Curiosity Marsda sadə orqanik moleykullar aşkar edib. Lakin bu hələ ilkin ehtimallardır, onları yoxlamaq lazımdır", - o qeyd edib.
Onun sözlərin görə, marsoxod canlı orqanizmləri müəyyən edə bilən qurğularla təchiz olunmayıb, lakin orqanik maddələri müəyyənləşdirə bilir.
Ekspertlər hesab edirlər ki, ehtimal təsdiqini taparsa, bu, həm elm üçün, həm də "qırmızı planetin" daha dərindən öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edəcək.