Əsas Səhifə > Maqazin, Slayd > 30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR
30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR30-09-2014, 17:13 |
![]() Monika Belluççiyə sevgi məktubu Canım, gözüm, ürəklim – üzülmə sən Monika Belluççi kimi gözəl deyilsən ama Monika Belluççi kimi ürəksiz də deyilsən... aynalara baxma belə aynalar ki, göstərmədi içimizi çölümüzə gözlərimiz görməyəndə bizi aldatmadı yalnız sevişərkən gözlərini nədən yumduğunu indi anlayıram, Monika... saçlarını dağıdarkən baxdım sənə oysa sən çox dağınıqmışsan sevişmək öncələri kimsələrə demə ama – qadınlar sevişərkən iki qat qadın olur iki qat gözəl olur sənin də gözəlliyin sevişərkən daha üstün Monika Bellucidən... ![]() o qadınlar vardı ki – gəlmədən alışmışdılar getməyə onların gözəlliyi də gəlmədən getmişdi o gün, Monika... gözəl qadınların gözəl sevişdiyin görmədim heç gözəl qadınlar gözəl unudulmuş çirkinləri kimsələrə demə ama – o qadınlar sevişə bilmədiyindən bir qat qadın belə olmur bir qat gözəl belə olmur... bir qat belə Monika Belluççi olmur, Monika.. görmədən sevdiyimiz qadınların gözəl çıxma ehtimalı bizi daha çox üzür bizi daha çox üzür görəndə vurulduğumuz qadınlar... canım, gözüm, ürəklim – üzülmə sən Monika Belluççidən bir şeylər anlat biraz de ki Monika Belluççi sən deyilsən... ![]() ![]() Geri qayıt |