30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR

30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİRBu gün Monika Belluççinin doğum günüdür. Bu münasibətlə Əsəd Qaraqaplanın ona həsr etdiyi şeiri təqdim edirik:

Monika Belluççiyə sevgi məktubu

Canım, gözüm, ürəklim – üzülmə sən
Monika Belluççi kimi gözəl deyilsən ama
Monika Belluççi kimi ürəksiz də deyilsən...
aynalara baxma belə aynalar ki,
göstərmədi içimizi çölümüzə

gözlərimiz görməyəndə bizi aldatmadı
yalnız sevişərkən gözlərini
nədən yumduğunu indi anlayıram,
Monika... saçlarını dağıdarkən baxdım sənə
oysa sən çox dağınıqmışsan sevişmək
öncələri kimsələrə demə ama –
qadınlar sevişərkən iki qat qadın olur
iki qat gözəl olur sənin də gözəlliyin sevişərkən
daha üstün Monika Bellucidən...

30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR

o qadınlar vardı ki – gəlmədən alışmışdılar getməyə
onların gözəlliyi də gəlmədən getmişdi o gün,
Monika... gözəl qadınların gözəl sevişdiyin görmədim
heç gözəl qadınlar gözəl unudulmuş çirkinləri
kimsələrə demə ama – o qadınlar sevişə bilmədiyindən
bir qat qadın belə olmur bir qat gözəl belə olmur...
bir qat belə Monika Belluççi olmur,

Monika.. görmədən sevdiyimiz qadınların
gözəl çıxma ehtimalı bizi daha çox üzür
bizi daha çox üzür görəndə vurulduğumuz qadınlar...
canım, gözüm, ürəklim – üzülmə sən
Monika Belluççidən bir şeylər anlat
biraz de ki Monika Belluççi sən deyilsən...


30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR
30.09.2014 -M.Belluççinin azərbaycanlı aşiqindən ŞEİR






Fikirlər