Əsas Səhifə > Maqazin > MƏHŞUR MÜĞƏNNİiyə VERGİ BORCU gəldi
MƏHŞUR MÜĞƏNNİiyə VERGİ BORCU gəldi21-12-2015, 16:41 |
![]() “1666 manat vergi borcu gəlib mənə də. Allaha and olsun 2004-cü ildən VÖEN hesabım var və vergimi vaxtı-vaxtında ödəyirəm. Vergi ödəyicisiyə ola-ola məni niyə bu qədər cərimələyiblər bilmirəm”. Bu barədə Müğənni Əlikram Bayramov açıqlama verib. O açıqlamasında maraqlı məqamlara toxunub: “Toylara 2 min, 2 min 500 manata gedirəm. 7 -8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür bu problem indi aradan qaldırılıb”. Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: “İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur”, deyə müğənni iradını bildirib. Big.az Geri qayıt |