MƏHŞUR MÜĞƏNNİiyə VERGİ BORCU gəldi - 1666 MANAT

 


“1666 manat vergi borcu gəlib mənə də. Allaha and olsun 2004-cü ildən VÖEN hesabım var və vergimi vaxtı-vaxtında ödəyirəm. Vergi ödəyicisiyə ola-ola məni niyə bu qədər cərimələyiblər bilmirəm”. 

Bu barədə Müğənni Əlikram Bayramov açıqlama verib. O açıqlamasında maraqlı məqamlara toxunub:
Toylara 2 min, 2 min 500 manata gedirəm. 7 -8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür bu problem indi aradan qaldırılıb”.


Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: 
“İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur”, deyə müğənni iradını bildirib. 

Big.az 






Fikirlər