Tikinti şirkətinin rəhbəri axtarışa verildi – 500 min manat borc

 

daaa6693f9aaf5dbe9c8c8b874a6f3f9Azərbaycanda külli miqdarda vergi ödəməkdən yayınan iş adamı beynəlxalq axtarışa verilib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.
A.Kazımov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə, A. Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun vergi borcu 500 min manata yaxın olub və vəsaiti ödəyə bilmədiyi üçün ölkədən qaçıb.

 






Fikirlər