Əsas Səhifə > Maqazin > İlhamənin mirası açıqlandı
İlhamənin mirası açıqlandı30-03-2016, 15:51 |
Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova lent.az-a müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, vəkil müsahibəsində mərhum İlhamə Quliyevadan qalan mirası açıqlayıb: “İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir. Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var”. Elmira Məmmədova qeyd edib ki, İlhamə Quliyevanın mirası qohumlar arasında da bölüşdürülə bilər: “Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur”. Geri qayıt |