İlhamənin mirası açıqlandı - DÖRD EVİ, İKİ maşını...

“İlhamənin mirası açıqlandı - Dörd evi, iki maşını...

Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova lent.az-a müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, vəkil müsahibəsində mərhum İlhamə Quliyevadan qalan mirası açıqlayıb:

“İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir.

Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var”.

Elmira Məmmədova qeyd edib ki, İlhamə Quliyevanın mirası qohumlar arasında da bölüşdürülə bilər:

“Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur”.

“İlhamə Quliyevanın mirası nə qədər dəyərləndirilə bilər?”- sualına isə vəkil “2 milyon olar” cavabını verib.






Fikirlər