Əsas Səhifə > Mənəviyyat > “Kəbinsiz ailədə doğulan
“Kəbinsiz ailədə doğulan11-09-2017, 10:52 |
“Şəriət nöqteyi-nəzərindən dini kəbin evliliyin zəruri şərtidir”. Bunu açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli söyləyib. O bildirib ki, dini kəbin iki evlənən şəxs arasında mütləq bağlanmalıdır. “Bu, şəriət hökmü hesab edilir. Şəriət alimləri də qeyd edirlər ki, iki insan evləndiyi zaman nikah qarşılıqlı razılıq əsasında baş tutmalıdır. Eyni zamanda, qadın tərəfindən mehriyyə müəyyən olunur. Mehriyyə – qadının haqqı hesab olunan bir məbləğdir. İstənilən vaxt qadın o məbləği kişidən tələb edə bilər. Bu ondan örtüdür ki, boşanma və yaxud qadının hər hansı bir zəruri ehtiyacları olduğu zaman o, təmin olunsun. Mehriyyə insafa riayət etməkləmüəyyən edilir. Lakin, qadın o haqqı kişiyə halal edə də bilər”. Ruhani bildirib ki, dini kəbini yalnız din xadimlərinin kəsməsi vacib deyil. Bunu hər hasnı bir şəxs də edə bilər. Hacı Şahin son zamanlar insanlar dini kəbinə üstünlük verildiyini qeyd edib. AzerTaym.az Geri qayıt |