“Kəbinsiz ailədə doğulan körpə HARAMZADƏ SAYILIR”
“Şəriət nöqteyi-nəzərindən dini kəbin evliliyin zəruri şərtidir”. Bunu açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli söyləyib. O bildirib ki, dini kəbin iki evlənən şəxs arasında mütləq bağlanmalıdır. “Bu, şəriət hökmü hesab edilir. Şəriət alimləri də qeyd edirlər ki, iki insan evləndiyi zaman nikah qarşılıqlı razılıq əsasında baş tutmalıdır. Eyni zamanda, qadın tərəfindən mehriyyə müəyyən olunur. Mehriyyə – qadının haqqı hesab olunan bir məbləğdir. İstənilən vaxt qadın o məbləği kişidən tələb edə bilər. Bu ondan örtüdür ki, boşanma və yaxud qadının hər hansı bir zəruri ehtiyacları olduğu zaman o, təmin olunsun. Mehriyyə insafa riayət etməkləmüəyyən edilir. Lakin, qadın o haqqı kişiyə halal edə də bilər”. Ruhani bildirib ki, dini kəbini yalnız din xadimlərinin kəsməsi vacib deyil. Bunu hər hasnı bir şəxs də edə bilər. Hacı Şahin son zamanlar insanlar dini kəbinə üstünlük verildiyini qeyd edib. AzerTaym.az
“Eyni zamanda evlənən kişi və qadın öz aralarında kəbin oxuya bilər. Bir cümlə söz qadın və kişi tərəfindən oxunaraq kəbini kəsə bilərlər. Dini kəbin öz dillərində və ya ərəbcə də oxuna bilər. Kəbin kağızında evlənən şəxslərin adları və mehriyyə məbləği də qeyd olunur”.
“Hazırki dövrdə dini kəbin oxutduranların sayı artır. Yəni insanlar şəriət hökmünü bilirlər”.
Axund onu da vurğulayıb ki, bilərəkdən dini kəbinsiz olan ailədə doğulan körpə halalzadə hesab olunmur.
“Dövlət nikahı hüquqi bir prosesdir. Yəni hüquqi münasibətləri tənzimləyir. Amma dini kəbin də kəsilməlidir. Bundan xəbəri olmadan qurulan ailələr qanuni ailə sayılır. Onu da deyim ki, dini kəbinsiz ailədə doğulan körpə zinadan olan körpələr sayılmır. Zina məqsədli və qeyri-qanuni cinsi münasibətdir”.