KADIROVdan Almaniyada «bircinsli kəbin»lərin leqallaşdırılmasına reaksiya – “Pompeyin SONUNCU GÜNÜ!”

Похожее изображение

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeçenistanın başçısı Ramzan Kadırov Almaniyada «bircinsli kəbin»lərin leqallaşdırılmasını «Pompeyin sonuncu günü» ilə müqayisə edib. 

O, həm də ailə institutunun möhkəmləndirilməsinə çağırıb.

«Mən, Almaniya bundestaqından bir xəbər oxudum, zalın reaksiyasına baxdım və fikirləşdim – bu, Pompeyin sonuncu günüdür! Əksinə, biz əminik – ailə institutunu möhkəmləndirmək lazımdır. Ailəyə alternativ yoxdur və heç vaxt da olmayacaq» - deyə, çeçen lider qeyd edib.
Çeçenistanın başçısı onu da diqqətə çatdırıb ki, möhkəm, sağlam ailədə mənəvi baxımdan dayanıqlı, ləyaqətli, valideyinlərinə hörmətlə yanaşan və vətənini sevən insanlar yetişər.

 






Fikirlər