Kadırov «Rosneft»i ittiham EDİR!

kadirov

AzPolitika.info Rusitya KİV-ə istinadla xəbər verir ki, Çeçenistanın başçısı Ramzan Kadırov «Rosneft» şirkətini respublikaya yönəlik ədalətsiz mövqe tutmaqda ittiham edib. Onun sözlərinə görə, neft şirkəti öz aktivlərini Qroznıya şişirdilmiş qiymətə satmağa cəhd edir.

«Rosneft» artıq Kadırovun bəyanatını şərh edib. Qeyd ediblər ki, müəssisənin aktivlərini nüfuzlu bir şirkət qiymətləndirib. Aktivlərin satılmasına yönəlik yanaşmalar isə hökumət və Prezident tərəfindən dəstəklənib.

«Rosneft»in nümayəndəsi Mixail Leontyev deyib ki, şirkətdə Ramzan Kadırovun Çeçenistanın sosial problemlərini önə çəkməsini dərindən anlayırlar, amma «Rosneft» səhmdarların maraqlarının ziddinə olaraq, aktivlərin qiymətini endirmək səlahiyyətində deyil.

Göründüyü kimi, ölkənin iqtisadi inkişaf naziri Ulyukayevi «güdaza verəndən sonra» artıq özünü bir qədər də arxayın hiss etməyə başlayan «Rosneft» rəhbərliyi indi də Ramzan Kadırova «ilişib».

Ulyukayev həbs olunan günlərdə yzmışdıq ki, Seçin «müəyyən qaydalar»ı pozduğuna görə, gec-tez, onun özü bu aqibətlə qarşılaşacaq. Budur, Kadırov böyük ehtimalla, Seçinin «qiymət oyunu»na boyun əyməyəcək və ona öz yerini göstərəcək – bir atalar məsəlində deyildiyi kimi, «iki qoçun başı bir qazanda qaynamaz…».

putin-secin

Bunun ilk əlamətləri artıq özünü büruzə verməkdədir. KİV-n yaydığı bir məlumatda deyilir ki, aktivlərin Seçin tərəfindən səsləndirilən qiymətini eşidərkən, Kadırov yalnız gülümsəyib. Bu təbəssümdə sevincin və ya acı kinayənin payının daha çox olduğunu anlamaq üçün Çeçenistan liderinin həmin təbəssümünə diqqət yetirmək kifayətdir.

Bəli, Seçin Ulyukayevlə bağlı «qaydaları» pozdu və… axır ki, özü də Kadırov kimi bir amansıza rast gəldi. Düşünmək olar ki, iki qoçun «razborka»sı uzun sürəcək və «qurban»sız ötüşməyəcək. İndiki halda isə Putinin Kadırovu «qurban» verməsi hakimiyyət üçün uğurlu variant sayıla bilməz və Prezident bunu hamıdan yaxşı anlayır…






Fikirlər