Kainatı uda biləcək kosmik obyektlər - BALAZARLAR
AzerTaym.az AzPolitika.info-a istinadla xəbər verir ki, NASA nümayəndələri, materiyanı çox böyük sürətlə özünə cəzb edən və «balazar» adlandırılan 5 qədim kosmik obyekt qeydə alıblar. Alimlər ehtiyat edirlər ki, çəkisi milyard Günəş kütləsinə yaxın olan bu «mövcudiyyət» bizim kainatı tamamilə «uda bilər». Xəbəri «Space.com» portalı yayıb. «Balazar» böyük miqdarda maddəni özünə cəzb edən və qalaktikanın mərkəzində qərar tutmuş qara dəliyi xatırladır. Onlardan hər birinin yaşı 14 milyard ilə yaxındır. «Balazar»la yaxınlaşma anında kosmik obyektlər təzyiq altında qızır və sonra parlaq şüalanma buraxmağa başlayırlar. Bu zaman «balazar»dan Yerə gəlib çatan işıq bu «əjdaha»nı 1,4-1,9 milyard il əvvəl «tərk etmiş» olur. Bu təhlükəli obyektlər o dərəcədə böyükdürlər ki, onların yalnız ikisinin kütləsi Günəşin kütləsindən milyard dəfə böyük ola bilər. Bununla belə, NASA nümayəndələri hələlik bu «əjdaha»ların Kainatı məhz vaxt uda biləcəyi barədə fikir söyləməyə çətinlik çəkirlər.
«Balazar»ların mövcudluğunun kəşf olunması qara dəliklərin və kainatların formalaşmasının buna qədər hesab edildiyindən xeyli əvvəl baş verdiyini düşünmyə əsas verir.