"QUMRAR kralları" arasında "razborka": BAZAR DAVASI QIZIŞIR
«Yeraz» Mehman, «Qara» Vəzir, Arzuman Muradlı və Ordubadlı Vüqar bazarın yenidən bölüşdürülməsi üçün hansı polis zabitinin yanında olublar?
Bir xeyli müddətdir «bazarları» bağlanan qumar biznesinin nümayəndələri yenidən hərəkətə keçiblər. JAM.AZ xəbər verir ki, mətbuatda haqlarında yazılanlardan sonra 60-dan çox obyekti bağlanan «qumar kralları» aldıqları yeni tapşırıqdan sonra fəaliyyətlərini əvvəlcə əvvəlki vəziyyətə, daha sonra isə genişləndirməyə başlayıblar.
Məlumatda deyilir ki, qumar biznesinin aparıcı fiqurları olan «Yeraz» Mehman, «Qara Vəzir», Arzuman Muradlı və Ordubadlı Vüqar bazarın yenidən bölüşdürülməsi üçün bir araya gəliblər. Lakin aralarında anlaşma əldə olunmayıb. Bu səbəbdən də «ağsaqqal»larının yanına gediblər.
JAM.AZ-a məlumat verən mənbə bildirib ki, «qumar kral»ları proses zamanı özlərinin ən yaxın adamlarından birini oyundan çıxarıblar. Bundan başqa, onlar «mətbuat siyasəti»nə də yenidən baxmaq qərarına gəliblər. Belə ki, əvvəllər işlədikləri adamlarla yollarını ayırıb, yeni komanda ilə gündəmə gəlməyə hazırlaşırlar.
Bu zaman, «qumar kral»larının məsləhət üçün kimin yanına getdiyi də maraqlıdır. JAM.AZ xəbər verir ki, həmin şəxs Bakıdakı Polis İdarələrindən birində çalışır və zabitdir. Uzunmüddətdən bəri qumarxana işlərinə nəzarət edən şəxs olaraq ad çıxarıb. Həmçinin hazırda da əsas himayədarlardan biri sayılır.
- Qumar biznesinin «başbilənləri» hansı polisin yanına gedərək, ondan məsləhət alıblar?
- Məsləhətə əsasən «bazar» necə bölüşdürülməlidir?
- Arzuman Muradlı və «Yeraz» Mehman hansı keçmiş şəriklərini oyundan çıxarmağa nail olub?
- Qumarxana işlədən şəxslər hansı jurnalistdən daha çox çəkinir, onu şantaj etmək üçün hansı vasitələrə əl atmağa hazırlaşırlar?
- Baş redaktorun gizlicə səsini yazıb, «Bandotdel»ə vermək istəyən qumarbazlar kimlərdir?