«Ulduz-S» MMC-dən görünməmiş mənzil fırıldağı
«Təzadlar»a Sumqayıt şəhəri, 26-cı məhəllə, ev-5//6 , mənzil 7 ünvanda yaşayan İmanov Qədir İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub… Şikayət məktubu Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlıdır. Ərizədən bəlli olur ki, İmanov Qədir İsmayıl oğlu 29 noyabr 2011-ci ildə Nərimanov rayonu, «Keşlə» bazarına yaxın sahədə yerləşən «ANT» firması adlanan binada fəaliyyət göstərən «Ulduz-MMC»ni təmsil edən Fikrət Hacıyev adlı şəxslə görüşüb və ona 37.125 min manat nəğd pul verərək həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdirdiyi 4 blokdan ibarət binanın 4-cü ayrıca inşaa olunan binanın 5-ci mərtəbəsində ümumi sahəsi 82,5 kvm. sahəsi olan ikiotaqlı 37-ci mənzilini alır…
Fırıldaqçıların yeni fırıldağı…
«Ulduz-MMC»ni təmsil edən Fikrət Hacıyev adlı şəxs pulu qəbul edəndən sonra MMC-nin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyev adlı şəxsə (mobil telefonu təqdim edilir) tapşırır ki, müvafiq sənədləşmə aparılsın… Və sənədləşmə deyilən kimi də aparılır (Redaksiyada 29.11.2011-ci ildə tərtib olunmuş 149-59 saylı möhürlənmiş müqavilə, həmin tarixli «Maliyyə Arayışı» və digər sənədlər vardır).
Beləliklə, İmanov Qədir İsmayıl oğlu bütün lazımi sənədləri qəbul edir, bircə qalır yeni mənzilinin açarını qəbul etmək. Amma… Düz 5 ildir ki, ailənin gözü yolda, qulağı səsdədir ki, yeni mənzilin açarını alacaqlar… Lakin atalar demiş, «Sən saydığını say, gör…» «Ulduz-MMC» nə sayır… Adı çəkilən MMC-nin saydığının nədən ibarət olduğunu xırdalamağa artıq lüzum qalmır. Hələlik bircə onu deyə bilərik ki, ortada dələduzluğun açıq-aydın əlamətləri var. Bunu şikayətçi Baş Prokuror Zakir Qaralova yazdığı ərizəsində qeyd edir və bunu sübut edən sənədləri və maddi sübutları da «Təzadlar»a təqdim edib….
AzerTaym.az