İl ərzində dünyada milyarderlərin sayı 233 nəfər artıb - 100 milyonlarla insan isə ACLIQ ÇƏKİR!
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ötən bir il ərzində dünyada milyarderlərin sayı 233 nəfər artıb. İllik reytinqi «Forbes» jurnalı dərc edib. Siyahıya rekord sayda böyük sərvət sahibinin adı düşüb – 2043 nəfər! Onlara «Maykrosoft» şirkətinin banisi və sahibi Bill Qeyts 86 milyard sərvətilə başçılıq edir. Onun ardınca investor (!?) Yorren Baffet gəlir, üçüncü pillədə «Amazon» -nun təsisçisi Ceff Bezos qərar tutub. Rusiyadan olan iş adamı Leonid Mixelson 18,5 milyardla 46-cı pillədə durur. «Milyarderlər məskəni» sayılan Azərbaycandan isə bu siyahıya düşən olmayıb. Belədə, düşünməli olursan: Donald Trampın Azərbaycandan olan «sabiq kompanyonu»nun görəsən, milyardı necə oldu? Həm də tək o deyil… Kapitalizmin sifəti budur – dünyada az sayda «kələkbaz» varlandıqca, çox sayda «maymaq» aclıq çəkər…