Əsas Səhifə > Mənəviyyat > İmanı artırmaq üçün nə etmək
İmanı artırmaq üçün nə etmək24-10-2019, 10:37 |
İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: "ibadəti həvəssiz edirəm", "günahdan əl çəkə bilmirəm", "dua edə bilmirəm" və s. Bu problem qəlblə bağlıdır, "qəlb" sözü isə ərəb dilində "təqallub" ("dəyişmə") sözündən götürülmüşdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir". (Əhməd, 4/408). "AzerTaym.az" Zikr.az-a istinadən bildirir ki, Uca Allah qəlbi islah etməyin vacib olmasını vurğulayaraq buyurur: "O gün ki (Qiyamət günü), nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-89).
Bu səbəbdən mömin həmişə qəlbinə baxmalı, ona pis təsir edən və imanını zəiflədən səbəbləri bilməli və onlardan çəkinməli, imanını artıran əməllər etməlidir. Zəif imanın əlamətləri Günahlar etmək və onlardan əl çəkə bilməmək İmanın zəifləməsinin səbəbləri İmanı necə artırmaq olar? Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki: "Paltar köhnəldiyi kimi, iman da köhnəlir, köhnəlmiş paltarı yenisi ilə əvəz etdiyiniz kimi, imanınızı da təzələyin". (əl-Hakim). Quranı aramla, mənasını düşünərək oxumaq Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 190-191). O həmçinin demişdir: "Hud, Vaqiə, Mursəlat, ammə yətəsəəlun (ən-Nəbə), izə şşəmsu kuvvirat (ət-Təkvir) surələri saçlarımı vaxtından tez ağartdı". (Tirmizi). Allahı yaxşı tanımaq üçün Onun ad və sifətlərini öyrənmək Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur: "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın" (əl-Ənam, 59). Dini öyrənmək Uca Allah buyurur: "De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (əz-Zumər, 9). Möminlərin əhatəsində olmaq Zikr məclislərində (Allah yad edilən məclislər) olmaq, möminlərlə oturub-durmaq, məscidə getmək və digər əməllər imanın artmasının səbəblərindəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar". (Əhməd). Yaxşı əməlləri çoxaltmaq Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" - deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yedizdirib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar". (Muslim). İbadətləri çoxaltmaq Uca Allah öz mərhəməti ilə bizə Onun razılığını qazanmağımız üçün müxtəlif ibadətlər göstərmişdir. Fərz ibadətlərdən sonra (5 vaxt namaz, zəkat, Ramazan orucu və s.) hər kəs özünə rahat gələn ibadət növünü seçərək Allaha yaxınlaşmağa və imanını artırmağa çalışa bilər. Məsələn, sədəqə vermək, nafilə oruc tutmaq, zikr və dualar etmək, gecə namazı və s. Ölümü tez-tez xatırlamaq Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın". (Tirmizi). Allahı çox zikr etmək (xatırlamaq) Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın!" (əl-Əhzəb, 41). Dünyanın dəyərsiz və müvəqqəti olduğunu bilmək Uca Allah buyrur: "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir" (Ali İmran, 185). Özünü hesaba çəkmək Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır" (əl-Həşr, 18). Allaha çox dua etmək Qəlblər Allahın əlində olduğu üçün qəlbin islah olması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım, sən qəlbləri dəyişdirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!" (Muslim, 2654).
Geri qayıt |