Əsas Səhifə > Mənəviyyat > 16 Fevral: Tarixdə NECƏ

16 Fevral: Tarixdə NECƏ


16-02-2021, 10:28

16 fevral: Tarixdə necə qalıb?

Tarixdə bu gün hansı hadisələr baş verib?

 "AzerTaym.az" yenisabah.az-a istinadən fevralın 16-da baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:

1916 - Birinci dünya müharibəsinin gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum ilini işğal edib.

1918 - Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan edib.

1933 - Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaradıblar.

1936 - İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlib.

1956 - Britaniyada ölüm hökmü ləğv edilib. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.

1959 - Fidel Kastro Kubanın baş naziri vəzifəsinin icrasına başlayıb.

1999 - Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanıb.


Geri qayıt