16 Fevral: Tarixdə NECƏ QALIB?!
Tarixdə bu gün hansı hadisələr baş verib? "AzerTaym.az" yenisabah.az-a istinadən fevralın 16-da baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir: 1916 - Birinci dünya müharibəsinin gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum ilini işğal edib. 1918 - Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan edib. 1933 - Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaradıblar. 1936 - İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlib. 1956 - Britaniyada ölüm hökmü ləğv edilib. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi. 1959 - Fidel Kastro Kubanın baş naziri vəzifəsinin icrasına başlayıb. 1999 - Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanıb.