Bu günün tarixi (18.11.2014)
Miladi: 18 noyabr 2014
Hicri: 24 Məhərrəm 1436
İlin 322-cü günü
İlin sonuna 43 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.15
Günəş - 07.29
Zöhr - 12.29
Əsr - 15.25
Məğrib – 17.38
İşa – 18.57
1830 — Belçika müstəqilliyini elan etmişdir.
1868 — Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir.
1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir.
1918 — Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamə» təsdiq edilib. Həmin vaxtdan etibarən respublikada prokurorluq orqanlarının inkişaf mərhələsi başlandı.
1918 — Litva müstəqilliyini elan etmişdir.
1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır.
1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir.
1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir.
1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır.
1962 — ANS Şirkətlər qrupunun təsisçisi və ANS tele-kanalının vitse-prezidenti Seyfulla Mustafyev dünyaya gəlib.
1962 — danimarkalı fizik Nils Bor dünyaya gəlib.
1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir.
1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur.
1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır.
1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.