24.09.2014 - Bu günün tarixi (24.09.2014)

24.09.2014 - Bu günün tarixi (24.09.2014)

Miladi: 24 sentyabr 2014
Hicri: 28 Zülqədə 1435



İlin 265-ci günü
İlin sonuna 100 gün qalır



Bu günün namaz vaxtları

Fəcr - 06.19
Günəş - 07.29
Zöhr - 13.37
Əsr - 17.29
Məğrib – 19.51
İşa – 21.09




1143 - Roma Papası II İnnokenti vəfat edib.

1566 - Onbirinci Osmanlı Sultanı II Səlim taxta çıxıb.

1801 - Rusiya Gürcüstanın şərq hissəsini işğal edib (Azərbaycanlıların məskunlaşdığı ərazilər)

1852 - Fransalı Henri Giffard ilk dəfə zeplinlə uçub.

1857 - Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarov dünyaya gəlib. (ö. 1921)

1882 - İstanbul Bəyazid Kitabxanası yaradılıb.

1884 - Alman silah konstruktoru Üq Şmayser anadan olub.

1932 - Hindistanda toxunulmazlar kastası seçki hüququ alıb.

1936 - azərbaycanlı bədii qiraət ustası, xalq artisti Əminə Yusifqızı anadan olub.

1947 - Hindistanda Müsəlman qaçqınları daşıyan qatar Pəncab sərhəddində durdurulmuş, Sihlər 1.200 qaçqını güllələmişdirlər.

1951 - rejissor Pedro Almodovar anadan olub.

1966 - rejissor Stepan Mixalkov anadan olub.

1948 - Honda şirkəti təsis olunub.

1970 - "Luna 16" orbital stansiyası yerə Ay süxurları gətirib.

1973 - Qvineya Bisau müstəqilliyini elan etmişdir.

1980 - İran-İraq müharibəsi başlamışdır.

1980 - Əfqan mücahidlər bir ayda 1500 sovet əsgərini məhv etdiklərini bəyan etmişlər.

1981 - Ermənilərin Türkiyənin Parisdəki konsulluğunda törətdikləri terror aktı nəticəsində konsulluğun bir işçisi həlak olmuş, konsul özü ağır yaralanmışdır.

1981 - aktrisa Anastasiya Svetayeva anadan olub.

1981 - idmançı Kevin Tan anadan olub.

1989 - Papa II İohan Pavel Qalileyin haqlı olduğunu təsdiq etmişdir.

1992 - Azərbaycan Respublikası İndoneziya ilə diplomatik əlaqələr qurmuşdur.

1993 - Azərbaycan MDB-yə daxil olmuşdur.

1998 - Fransız həkimləri tarixdə ilk dəfə olaraq insan əlini transplantasiya etmişlər.

1996 - Nüvə sınaqlarının qadağan edilməsi haqqında saziş imzalanmaq üçün açılq ülan edilmişdir.

2008 - Bakıda dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) keçirilmişdir.






Fikirlər