Bu günün tarixi (29.06.2014)
Fəcr - 04.42
Günəş - 06.13
Zöhr - 13.48
Əsr - 18.28 Məğrib – 21.31 İşa – 23.19
1326-cı ildə Osmanlı padşahı I Murad dünyaya gəlib
1900-cu ildə fransız yazıçısı Antuan de Sent-ekzüperi anadan olub
1913 - Xalq şairi Nigar Rəfibəyli (1913- 1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib.
1913-cü ildə Balkan müharibəsi başlayıb
1939 – Hatay dövləti məclisi səs birliyi edərək Türkiyə ilə birləşdi.
1986-cı ildə Argentina Qərbi Almaniyanı 3-2 hesabla məğlub edərək futbol üzrə dünya çempionu oldu
1988-ci ildə Azərbaycanın Olimpia çempionu Elnur Məmmədli dünyaya gəlib
1990-cı ildə “Qağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan SSR-nın suveren hüquqlarının bərpa edilməsi haqda” qərar qəbul edilib
1992-ci ildə Azərbaycan Respublikası Yeni Zelandiya ilə diplomatik əlaqələr qurub
1994 - Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Səfər Bakı-Tehran münasibətlərində 1992-1993-cü illərdə yaranmış soyuqluğun aradan qaldırılması üçün əhəmiyyətli hadisə olub. İki ölkə arasında əməkdaşlıq sazişləri imzalanıb. İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib.
1995 - Prezident Heydər Əliyev Bolqarıstan və Rumıniyaya rəsmi səfərə gedib. Səfər Azərbaycanın bu ölkələrlə yüksək səviyyəli münasibətlərinin əsasını qoyub. Prezident Buxarestdə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edib.
1999-cu ildə PKK terror təşkilatının lideri Abdullah Öcalan barədə ölüm hökmü çıxarılıb
2004 - Azərbaycan prezidenti İlham Əliyev İstanbulda NATO-nun zirvə toplantısında iştirak edib. Dövlət başçısı Şimali Atlantika Əməkdaşlıq Şurasının toplantısında, "Avroatlantik İttifaqı yol ayrıcında" mövzusunda konfransda çıxış edib.