Əsas Səhifə > Slayd, Cəmiyyət > Bu günün tarixi (18.11.2014)
Bu günün tarixi (18.11.2014)18-11-2014, 09:45 |
![]() Miladi: 18 noyabr 2014 Hicri: 24 Məhərrəm 1436 İlin 322-cü günü İlin sonuna 43 gün qalır Bu günün namaz vaxtları: Fəcr - 06.15 Günəş - 07.29 Zöhr - 12.29 Əsr - 15.25 Məğrib – 17.38 İşa – 18.57 1830 — Belçika müstəqilliyini elan etmişdir. 1868 — Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir. 1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir. 1918 — Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamə» təsdiq edilib. Həmin vaxtdan etibarən respublikada prokurorluq orqanlarının inkişaf mərhələsi başlandı. 1918 — Litva müstəqilliyini elan etmişdir. 1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır. 1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir. 1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir. 1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır. 1962 — ANS Şirkətlər qrupunun təsisçisi və ANS tele-kanalının vitse-prezidenti Seyfulla Mustafyev dünyaya gəlib. 1962 — danimarkalı fizik Nils Bor dünyaya gəlib. 1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir. 1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur. 1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir. 1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir. 1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur. 1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır. 1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir. 1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır. 1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. Geri qayıt |