14 yanvar: Tarixdə necə qalıb?

14 yanvar: Tarixdə necə qalıb?

Tarixdə bu gün hansı hadisələr baş verib?

"AzerTaym.az" yenisabah.az-a istinadən yanvarın 14-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:

1301 - III Andraşın vəfatı ilə Macarıstanda Arpadlar sülaləsinin hakimiyyəti sona çatıb.

1539 - Kuba İspaniyanın koloniyası olub.

1858 - III Napoleon ona qarşı həyata keçirilən sui-qəsddən sağ çıxıb.

1907 - Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan həlak olub.

1973 - Elvis Preslinin peyk vasitəsilə canlı yayımlanan "Aloha from Hawaii" konserti televiziya tarixində ən çox tamaşaçı cəlb edən fərdi veriliş olub.

1994 - Bill Klinton Boris Yeltsinlə nüvə silahlarının hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə arsenalının ləğv edilməsi barədə razılığa gəliblər.

2011 - Ərəb baharı: Tunis prezidenti Zeynalabdin ben Əli Səudiyyə Ərəbistanına qaçıb.






Fikirlər