ZƏLZƏLƏ İRANI DAĞITDI: 70 min insan EVSİZ QALDI
İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
"Hazırda 70 minə yaxın insan ölkənin Qərb rayonlarında baş verən zəlzələ səbəbindən müvəqqəti sığınacağa ehtiyac duyur, lakin bu rəqəm arta bilər", — deyə məlumatda qeyd olunur.
Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Nəticədə 100-dən çox insan ölüb, mindən çox insan xəsarət alıb.