Əsas Səhifə > Siyasət > "Azərbaycan Prezidentinin NATO sammitində iştirakı

"Azərbaycan Prezidentinin NATO sammitində iştirakı


9-07-2016, 12:10

Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitinə dəvət olunması təsdiq edir ki, Azərbaycan qlobal məsələlərdə iqtisadi, hərbi və siyasi cəhətdən mühüm beynəlxalq oyunçuya çevrilib.

 AzerTaym.az Trend-ə istinadən xəbər verir ki bunu ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzərin enerjidaşıyıcılarının Qərbə nəqlinin əsas təşəbbüskarı qismində NATO-nun bu təşkilatın üzv ölkələrində enerji resurslarının şaxələndirilməsi üzrə səylərində həlledici rol oynayır: “NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibar edə biləcəyi enerji resurslarının məsuliyyətli ixracatçısı kimi nəzərdən keçirir".

Dağlıq Qarabağ problemindən danışan R.Sübhani təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - Moskva, Vaşinqton və Paris Qarabağ problemini həll etməyə ciddi və güclü istək göstərməyiblər: "Görünür, daxili və xarici səbəblər üzündən Rusiya, ABŞ və Fransa diqqətlərini Dağlıq Qarabağ münaqişəsinə cəmləyə bilmirlər. Bu o deməkdir ki, qərar bəlkə də yaxın zamanlarda olmayacaq”.


Geri qayıt