Əsas Səhifə > Siyasət > Prezidentin köməkçisi Səudiyyə Ərəbistanına səfər edib

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanına səfər edib


1-02-2017, 16:15

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri başlayıb.

APA-nın xəbərinə görə, Əli Həsənovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin mədəniyyət və informasiya naziri Adel bin Zeyd Əl-Toraifi qarşılayıb. Səfər zamanı Əli Həsənovun keçirəcəyi görüşlərdə Krallıqla Azərbaycan arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Geri qayıt