Prezidentin köməkçisi Səudiyyə Ərəbistanına səfər edib - MƏQSƏD

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri başlayıb.

APA-nın xəbərinə görə, Əli Həsənovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin mədəniyyət və informasiya naziri Adel bin Zeyd Əl-Toraifi qarşılayıb. Səfər zamanı Əli Həsənovun keçirəcəyi görüşlərdə Krallıqla Azərbaycan arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.






Fikirlər