Pakistanın baş naziri Bakıdadır

Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.

 AzerTaym.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.

Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.

Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir.






Fikirlər