Kral Obamanı qarşılamağa gəlmədi: ETİMADSIZLIQ

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanında soyuq qarşılanıb.

Ağ ev rəhbəri Əl-Riyada ABŞ-Fars körfəzi sammitində iştirak etmək üçün səfər edib. Prezidenti təyayrənin trapında yerli məmur qarşılayıb. Qarşılanma mərasimində ancaq ABŞ-ın bu ölkədəki səfiri və yerli qubernator olub. Kral və ya nazirlərdən qarşılanma mərasimində iştirak edən olmayıb. 

Kral Salman bin Abdel Əziz Əl-Səud Obamanı ancaq iqamətgahındakı salonda qarşılayıb və ikili daha sonra bağlı qapılar arxasında görüşə başlayıb. Obama kralla görüşündə “Amerika xalqı sizə öz salamlarını çatdırır və sizə qonaqpərvərliyinizə görə təşəkkür edir” deyə bildirib. Maraqlıdır ki, bu gün başlayacaq sammitdə iştirak edəcək qonşu dövlətlərin rəhbərlərini kral özü şəxsən aeroportda qarşılayıb. 

Obamaya qarşı eyni münasibətin göstərilməməsi Səudiyyə Ərəbistanının ABŞ prezidentinə etimadsızlığının göstəricisi kimi xarakterizə olunub.(cəbhə.info)

Kral Obamanı qarşılamağa gəlmədi: ETİMADSIZLIQ






Fikirlər