Əsas Səhifə > Siyasət, Slayd > 11.09.2014- Putin Qərbi hədələdi
11.09.2014- Putin Qərbi hədələdi11-09-2014, 10:36 |
![]() Rusiya prezidenti Vladimir Putin Rusiya təhlükəsizliyinə qarşı çıxan istənilən gücə cavab verəcəklərini bildirib. ANS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hərbi sənayə komissiyasının rəhbəri seçilən Putin Avropada NATO-nun genişlənməsi məsələsinə də toxunub. Vladimir Putin buna cavab veriləcəyini bildirib. "Biz Rusiya üçün potensial təhlükəni dəqiq müəyyənləşdirərək adekvat addımlar atmalıyıq", - deyə Vladimir Putin 2016-25-ci illərdə silahlanmaya aid dövlət proqramının müzakirəsi zamanı bildirib. Bununla yanaşı Rusiya prezidenti Rusiyanın "silahlanma yarışı"nda iştirak etməyəcəyini də diqqətə çatdırıb. Geri qayıt |