11.09.2014- Putin Qərbi hədələdi

11.09.2014- Putin Qərbi hədələdi"Biz Rusiyaya qarşı potensial təhlükəni dəqiq müəyyənləşdirməliyik"

Rusiya prezidenti Vladimir Putin Rusiya təhlükəsizliyinə qarşı çıxan istənilən gücə cavab verəcəklərini bildirib.

ANS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hərbi sənayə komissiyasının rəhbəri seçilən Putin Avropada NATO-nun genişlənməsi məsələsinə də toxunub. Vladimir Putin buna cavab veriləcəyini bildirib.

"Biz Rusiya üçün potensial təhlükəni dəqiq müəyyənləşdirərək adekvat addımlar atmalıyıq", - deyə Vladimir Putin 2016-25-ci illərdə silahlanmaya aid dövlət proqramının müzakirəsi zamanı bildirib.

Bununla yanaşı Rusiya prezidenti Rusiyanın "silahlanma yarışı"nda iştirak etməyəcəyini də diqqətə çatdırıb.






Fikirlər