Əsas Səhifə > Siyasət > Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər
Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər15-08-2017, 10:49 |
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib.Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”. Yaranmış bu vəziyyət Rusiyanı narahat edir, xüsusilə erməni hərbi birləşmələrinin NATO-nun Gürcüstanda keçirdiyi sonuncu təlimlərə qatılması vəziyyətin ağırlığından xəbər verir. Bir sıra ekspertlər Qərbin Ermənistanda aktivliyini kəsmək üçün Rusiyanın müxtəlif formalarda, hətta hərbi yolla bu ölkəyə müdaxilə edə biləcəyini düşünür. Rusiyalı politoloq Nikita İsayevin fikrincə, Ermənistanda əsas rusiyayönümlü siyasətçi prezident Serj Sarkisyandır: “Onun aşağı reytinqinin olması da məzh rusiyayönümlü olması ilə əlaqədardır. Ötən ilin yayında Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi 82 faiz idi. Parlament seçkilərindən sonra isə erməni ictimaiyyəti hakimiyyətdən Qərbə istiqamətlənən siyasət aparmağı tələb edir. Bu gün Ermənistanda hakimiyyətin bütün institutları hərfən də olsa, parlamentə keçib, bu da Rusiyaya münasibətə təsir edir. Avropa İttifaqına inteqrasiya, NATO ilə hərbi əlaqələr və s. Ermənistan hakimiyyətindən bu tələb olunur”. “Ermənistan hakimiyyəti də anti-Rusiya kampaniyasına lazımi reaksiya vermir. Ermənistan artıq Ukraynanın yolu ilə gedir. Bu, Rusiya üçün ciddi risklər vəd edir. Hər hansı Maydan tipli hadisələr erməni hakimiyyətinə Qərbə üz tutmağa əsas yarada bilər və Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Ermənistan Rusiyaya qarşı potensial düşmən ola bilər. Necə ki, Ukrayna, Baltikyanı ölkələr, yaxud Modova oldu, ermənilər də buna gedə bilərlər. Hər şey hökumətlərdən asılıdır. Bu baxımdan, İrəvan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə qarşı nəsə etməlidir”. Geri qayıt |