Əsas Səhifə > Siyasət > Lukaşenkonun ölkəsində
Lukaşenkonun ölkəsində11-01-2018, 15:10 |
Yəqin ki, bu da “müdrik daxili və xarici siyasət”in nəticəsidir... Belarusun Brest vilayətində qışın oğlan çağında turp yetişib.
Moderator.az yazır ki, bu haqda ölkənin “İntex-press” agentliyi xəbər yayıb. Medvediçi kəndində bostan saxlayan Yelena Boqdanova yaydan turp əksə də, o, vaxtında yetişməyib. Amma yanvarın ilk günlərində gözlənilmədən turpun yarpaqladığını görüb. Çernixovo kəndində isə yanvarın 9-da qızılgül açıb...
Alimlər bu olayları da anomal iqlim şəraiti ilə əlaqələndirirlər. Belə ki, dekabrın son günlərində Belarusda tarix boyu ilin həmin dövrü üçün ən yüksək temperatur göstəriciləri müəyyən edilib: 6-8 dərəcə isti...
Geri qayıt |