Lukaşenkonun ölkəsində qışın OGLAN ÇAGINDA TURP yetişdi...

Yəqin ki, bu da “müdrik daxili və xarici siyasət”in nəticəsidir... 

Belarusun Brest vilayətində qışın oğlan çağında turp yetişib.
Moderator.az yazır ki, bu haqda ölkənin “İntex-press” agentliyi xəbər yayıb. Medvediçi kəndində bostan saxlayan  Yelena Boqdanova yaydan turp əksə də, o, vaxtında yetişməyib. Amma yanvarın ilk günlərində gözlənilmədən turpun yarpaqladığını görüb. Çernixovo kəndində isə yanvarın 9-da qızılgül açıb... 
Alimlər bu olayları da anomal iqlim şəraiti ilə əlaqələndirirlər. Belə ki, dekabrın son günlərində Belarusda tarix boyu ilin həmin dövrü üçün ən yüksək temperatur göstəriciləri müəyyən edilib: 6-8 dərəcə isti... 
 






Fikirlər