02.08.2014- Temperatur 39 dərəcəyə çatacaq

02.08.2014- Temperatur 39 dərəcəyə çatacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində günəşli hava şəraiti gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-39 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecəyə doğru şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.


02.08.2014- Temperatur 39 dərəcəyə çatacaq






Fikirlər