Əsas Səhifə > Siyasət > Daha iki bitərəf deputat seçkilərə

Daha iki bitərəf deputat seçkilərə


29-12-2019, 23:43

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olan Rasim Musabəyov və Səttar Möhbalıyev yenidən deputat olmağa hazırlaşır.

 Modern.az xəbər verir ki, Rasim Musabəyov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliklərini irəli sürüblər.

 Dairə seçki komissiyalarından modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həmin şəxlər namizədliklərini yeni irəli sürüblər.

 Qeyd edək ki, hər iki şəxs beşinci çağırış Milli Məclisdə də eyni seçki dairəsini təmsil ediblər.


Geri qayıt