Daha iki bitərəf deputat seçkilərə qatılır

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olan Rasim Musabəyov və Səttar Möhbalıyev yenidən deputat olmağa hazırlaşır.

 Modern.az xəbər verir ki, Rasim Musabəyov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliklərini irəli sürüblər.

 Dairə seçki komissiyalarından modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həmin şəxlər namizədliklərini yeni irəli sürüblər.

 Qeyd edək ki, hər iki şəxs beşinci çağırış Milli Məclisdə də eyni seçki dairəsini təmsil ediblər.






Fikirlər