Əsas Səhifə > Siyasət > Partiya sədri: “Azərbaycanda ƏN SƏRT TƏDBİRLƏRƏ əl atmağa
Partiya sədri: “Azərbaycanda ƏN SƏRT TƏDBİRLƏRƏ əl atmağa3-04-2020, 17:16 |
“Koronavirusla mübarizədə Azərbaycan hökumətinin gördüyü işlər təhlükənin səviyyəsinə tam olaraq uyğundur. Dövlət orqanlarının həyata keçirdiyi kompleks tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, məhdudiyyətlərin sərtləşdirilməsi, yoluxmuş insanların müalicəsi üçün yaradılmış şərait, karantinə götürülmüş vətəndaşlarımıza göstərilən qayğı təqdir olunan hallardır”. Partiya sədri virusun yayılmasında azalma müşahidə olunmadığını da bildirib: Mais Səfərli koronavirusla mübarizədə sərt tədbirlərin həyata keçirilməsinin tərəfdarı olduğunu xüsusi qeyd edib: “Bəzi insanlar şəxsi həyatları ilə bərabər digər insanları, o cümlədən cəmiyyəti zərbə altına qoyurlar. Hesab edirəm ki, belə olan halda ölkədə fövqəladə sanitar vəziyyətin tətbiqinə ehtiyac duyulur. Nə qədər ki, koronavirusa qarşı vaksin və dərman tapılmayıb, ən sərt tədbirlərə əl atmağa ehtiyac var. Söhbət millətimizin genefondundan və taleyindən gedirsə, mümkün olan və olmayan hər şeyi etməliyik”. Geri qayıt |