Partiya sədri: “Azərbaycanda ƏN SƏRT TƏDBİRLƏRƏ əl atmağa EHTİYAC var”
“Koronavirusla mübarizədə Azərbaycan hökumətinin gördüyü işlər təhlükənin səviyyəsinə tam olaraq uyğundur. Dövlət orqanlarının həyata keçirdiyi kompleks tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, məhdudiyyətlərin sərtləşdirilməsi, yoluxmuş insanların müalicəsi üçün yaradılmış şərait, karantinə götürülmüş vətəndaşlarımıza göstərilən qayğı təqdir olunan hallardır”. Partiya sədri virusun yayılmasında azalma müşahidə olunmadığını da bildirib: Mais Səfərli koronavirusla mübarizədə sərt tədbirlərin həyata keçirilməsinin tərəfdarı olduğunu xüsusi qeyd edib: “Bəzi insanlar şəxsi həyatları ilə bərabər digər insanları, o cümlədən cəmiyyəti zərbə altına qoyurlar. Hesab edirəm ki, belə olan halda ölkədə fövqəladə sanitar vəziyyətin tətbiqinə ehtiyac duyulur. Nə qədər ki, koronavirusa qarşı vaksin və dərman tapılmayıb, ən sərt tədbirlərə əl atmağa ehtiyac var. Söhbət millətimizin genefondundan və taleyindən gedirsə, mümkün olan və olmayan hər şeyi etməliyik”.
"AzerTaym.az" bildirir ki,bu fikirləri modern.az-a açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
“Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə hökumətimizin bu fəaliyyətini təqdir edən açıqlama ilə çıxış edib. Lakin bütün görünən tədbirlərə rəğmən koronavirusa yoluxanların dinamikasında hələ ki azalma müşahidə olunmur. Aparılan təhlillər göstərir ki, bunun başlıca səbəbi insanlarımızın böyük bir kəsiminin hələ də təhlükənin ciddiliyini dərk etməməsi? dövlətin həyata keçirdiyi proqramlarda məsuliyyətlə iştirak etməməsidir”.