Əsas Səhifə > Siyasət > “KURTLAR VADİSİ Türkiye-2020”
“KURTLAR VADİSİ Türkiye-2020”16-04-2020, 23:09 |
“Türkiyədə Ələddin Çakıcının həbsdən buraxılması MHP başqanı Devlet Bahçelinin gücünü göstərir. Əks təqdirdə, prezident Ərdoğana çox sərt məzmunlu məktub yazmış və müxtəlif ağır cinayətlərdə ittiham olunan Çakıcı içəridən çıxa bilməzdi”. Onun sözlərinə görə, AKP və Ərdoğan hazırda MHP və Bahçeliyə məhkum durumdadır: “Bu arada, Çakıcı ilə yeraltı dünyasının digər tanınmış siması Sedat Peker arasında münaqişə yenidən aktuallaşıb. Bir müddət öncə ölkəni tərk edən Peker (görünür, Çakıcı təhlükəsinə görə) video yayıb və orada qorxub qaçdığı barədə iddiaları təkzib edib. Sedat Peker ünvanının hər kəsə bəlli olduğunu söyləyərək "gəlmək istəyənlər buyursun, öndən gəlsin" mesajını verib. Çakıcı isə cavab olaraq "bütün sevenlerine duyurulur" xitabı ilə bu gün vəkili vasitəsilə yaydığı açıqlamada hazırda harada qaldığını dəqiqliklə açıqlayıb. Yəni "Kurtlar Vadisi" serialına çox da ironik yanaşmayın”. Geri qayıt |