Əsas Səhifə > Siyasət > Sülhəddin Əkbərin partiyası qeydiyyata alınıb: “Biz yuxarı və aşağı
Sülhəddin Əkbərin partiyası qeydiyyata alınıb: “Biz yuxarı və aşağı17-04-2020, 21:52 |
Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alınıb. Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası qeydiyyata alınan 57-ci siyasi partiyadır. Sülhəddin Əkbər partiya rəhbəri olaraq, təəssüratlarını Modern.az-la bölüşüb. Onun ilk müsahibəsini təqdim edirik: - Partiyanızın yaradılması ideyası necə yarandı? Ötən ay bizimlə Prezident Administrasiyasından əlaqə saxladılar. Artıq Administrasiyada Siyasi Partiyalarla iş üzrə şöbənin formalaşdırıldığını bildirdilər. Bu şöbənin fəaliyyəti istiqamətində siyasi partiyaların qeydiyyatı işinə yenidən baxılacağı bildirildi. Martın son günlərində biz sənədlərimizi Ədliyyə Nazirliyinə yenidən təqdim etdik. Karantin rejimi ilə əlaqədar onlayn əlaqə saxladıq. Nəhayət aprelin 15-də Ədliyyə Nazirliyinin Kollegiya iclasında partiyamız qeydiyyata alındı. Dünən bizi Ədliyyə Nazirliyinə dəvət etmişdilər. Ədliyyə nazirinin müavini bizə qeydiyyat barədə rəsmi sənədləri təqdim etdi. - Partiyanın nə qədər üzvü var? - Hazırda partiyamızın 2300-dən çox üzvü var. Amma fəaliyyətimiz məlum səbəblərdən məhdud idi. Onsuz da Azərbaycanda siyasi partiyaların fəaliyyəti tam şəkildə məhdudlaşdırılıb. Nəzərə almaq lazımdır ki, bu halda qeydiyyata alınmayan partiyaların fəaliyyəti nə qədər məhdudiyyət içərisində olar. Bir problem də odur ki, partiyamızın əsas hədəf kütləsi orta təbəqə idi. Bu təbəqə isə Azərbaycanda siyasi məsələlərə daha ehtiyatla yanaşan təbəqədir. Partiyanın qeydiyyatının olmaması isə problemlər yaradırdı. İnsanlar partiyanın üzvü olmaqdan ehtiyat edirdilər. Bu problem artıq ortadan qalxdığına görə təşkilatlanma işini başa çatdırmağa imkanımız var. Bu istiqamətdə geniş fəaliyyət göstərəcəyik. Burada bir maneə var. Ölkə rəhbərliyi elan edib ki, yeni siyasi konfiqurasiya qurulur, müxalifətə, siyasi partiyalara yeni münasibət nümayiş etdirilməyə başlayır. Məsələnin tətbiqində görəcəyik ki, bu əməldə təsdiq ediləcəkmi? Əgər davamlı siyasət olacaqsa, o zaman biz yerlərdə də rahat şəkildə təşkilatlana bilərik. - Partiyanın rəsmi qeydiyyata alındıqdan sonra ilk planı, addımı nədir? - Partiyanın ideoloji xətti hər kəsə maraqlıdır? - Uzun müddətdir, siyasətlə məşğulsunuz. Hazırkı vəziyyəti dəyərləndirsək, nə üçün bu partiyaya ehtiyac var? Biz ilk növbədə orta təbəqənin inkişaf etdirilməsinə çalışacağıq. Bunu dedikdə Azərbaycanın bütün ziyalılarını, akademiya, universitet sistemini, bütün tələbələri, kiçik və orta biznesi, bütün biznes strukturlarında çalışan insanları nəzərdə tuturuq. Bu o demək deyil ki, yuxarı və aşağı təbəqənin insanlarına diqqət etməyəcəyik. Sadəcə öncəlik orta təbəqəyə veriləcək. - Partiyanın Azərbaycan siyasətində digər siyasi partiyalardan fərqi, özünəməxsusluğu nədir?
Geri qayıt |